Urmiya gölü 6 aya quruyacaq - FOTO

15:47 - 29 Aprel 2024

Urmiya gölü 6 aya quruyacaq - FOTO

Cənubi Azərbaycanda Urmiya gölünün quruması ilə bağlı həyəcan təbili çalınır.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Bu gün Urmiya gölündə suyun səviyyəsinin artması hökumət rəsmilərinin işi deyil, Allahın işidir. Səlahiyyətlilər bu məsələdə heç bir iş görməyiblər”.

Bu sözləri İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutunun elmi heyətinin üzvü Məhəmməd Dərviş deyib.

Onun sözlərinə görə, havaların istiləşməsi və kənd təsərrüfatı təyinatı üçün su istehlakının artması nəticəsində yaxın altı ayda göl mütləq quruyacaq.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin