Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - TƏBİB

15:24 - 29 Aprel 2024

Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - TƏBİB

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

 

Manset.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin