Naxçıvan gömrükçüləri 21 kiloqramdan artıq heroin aşkar etdi - FOTO

13:10 - 29 Aprel 2024

Naxçıvan gömrükçüləri 21 kiloqramdan artıq heroin aşkar etdi - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

 

Bu barədə Manset.az-a dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin