Çempionlar Liqası matçını canlı yayımlaya bilməyən Exxen-ə sərt reaksiya

13:41 - 13 Dekabr 2023

Çempionlar Liqası matçını canlı yayımlaya bilməyən Exxen-ə sərt reaksiya

UEFA Çempionlar Liqasının A qrupunun 6-cı və son həftəsində Danimarkanın Kopenhagen komandasına 1:0 hesabı ilə məğlub olan Qalatasaray Çempionlar Liqası ilə vidalaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, matçı izləmək üçün Türkiyənin "TV 8" kanalının rəhbəri, prodüser-aparıcı Acun Ilıcalının sahibi olduğu "Exxen" rəqəmsal platformasına daxil olan sarı-qırmızılı komandanın azarkeşləri məyus olublar.

Aylıq 300 TL-yə yaxın ödəniş edərək üzv olan abunəçilər yayımı izləyə bilməyiblər. Matç başlamazdan əvvəl sistem donub və matç boyu fasiləsiz olaraq sıradan çıxıb.

Yaşadıqları qalmaqalın görüntülərini sosial mediada paylaşan bir çox istifadəçi “Exxen” platformasında üzvlüklərini ləğv etdiklərini açıqlayıb.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin