BMT Baş Assambleyası Misirin irəli sürdüyü və Türkiyə də daxil olmaqla təxminən 100 ölkənin birgə təqdim etdiyi Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini 153 səslə qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ və İsrail də daxil olmaqla 10 ölkə qətnamə layihəsinin əleyhinə səs verib.
Qətnamə layihəsinə Avstriya, Çexiya, Qvatemala, Liberiya, Mikroneziya, Nauru, Papua-Yeni Qvineya və Paraqvay qətnamə layihəsinə “xeyr” səsi verib. 23 ölkə isə “bitərəf” qalıb.
Əfsanə
Manşet.az