Azərbaycanda gələn il 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

12:52 - 14 Oktyabr 2023

Azərbaycanda gələn il 59 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

2024-cü ildə Azərbaycanda 66 şəhər və rayondan cəmi 7-si öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı. Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilandır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş gələn ilin büdcəsində 9,35 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 59 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin