Bu ölkədə əczaçılara da dərman yazmağa icazə veriləcək

20:00 - 9 May 2023

Bu ölkədə əczaçılara da dərman yazmağa icazə veriləcək

Britaniyada aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququ veriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.

Baş nazirin sözlərinə görə, bu qərar dövlət klinikalarında ümumi praktikantlar üçün gözləmə siyahılarını azaltmağa kömək edəcək.

Əczaçılar boğaz və ya qulaq ağrısı, sidik yollarının iltihabı və s. şikayətləri olan şəxslərə resept yaza biləcək.

Yeni qaydalar bu ilin sonunda qüvvəyə minəcək. Dəyişiklik üçün hökumət 645 milyon funt sterlinq ayırmaq niyyətindədir. 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin