Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

17:45 - 29 Aprel 2024

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə üç tona yaxın qızıl alıb.

 

Manset.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Belə ki, 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 499 milyon dollar) qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8% artırıb.

Qeyd edək ki, bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2% təşkil edib.


Xəbər xətti

16 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin