Türkiyə seçkiləri: 1.8 milyona yaxın insan səs verib

18:20 - 9 May 2023

Türkiyə seçkiləri: 1.8 milyona yaxın insan səs verib

Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 785 min 570 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

Onların 1 milyon 662 min 41 nəfəri xarici nümayəndəliklərdə, 123 min 529-u gömrükdə səs verib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin