Şimali Koreya yüzlərlə şəxsi Rusiyanın müxtəlif bölgələrinə göndərdi

15:52 - 4 May 2023

Şimali Koreya yüzlərlə şəxsi Rusiyanın müxtəlif bölgələrinə göndərdi

Şimali Koreya Moskva, Sankt-Peterburq və Vladivostok da daxil olmaqla Rusiyanın müxtəlif bölgələrinə yüzlərlə yeni işçi göndərdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreyalı bir şəxs, Moskva və Pxenyan arasındakı razılaşmaya əsasən, martın sonu və aprelin əvvəllərində yüzlərlə Şimali Koreyalı işçinin Rusiyanın müxtəlif bölgələrinə, xüsusən də Moskva, Sankt-Peterburq və Vladivostok şəhərlərinə göndərildiyini bildirib.

Sankt-Peterburqa və Moskvaya təxminən 350 işçinin, Vladivostoka isə 100-ə yaxın işçinin göndərildiyi bəyan edilib.

İşçilərin çalışacağı sahələrin qeyri-müəyyən qaldığı, onların hərbi və özəl şirkətlərdə tikinti və ya xidmət sektorunda işlədildiyi təxmin edilir.

Manşet.az


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin