ABŞ Senatı Türkiyə ilə bağlı qanun layihəsini təsdiqlədi

11:15 - 31 Mart 2023

ABŞ Senatı Türkiyə ilə bağlı qanun layihəsini təsdiqlədi

ABŞ Senatı zəlzələ fəlakəti ilə əlaqədar Türkiyə və Suriyaya dəstək layihəsini qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətnamə layihəsində iki ölkənin yenidənqurma səylərinə dəstək tələb olunub.

Fevralın 16-da təqdim edilən qərar layihəsində zəlzələlərdə çoxlu sayda insanın həyatını itirdiyi, minlərlə insanın zərər çəkdiyi xatırladılıb.

Senatorlar ABŞ hökumətini iki ölkənin yenidənqurma səylərini dəstəkləməyə çağırıblar.

Hökumətə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları, struktur mühəndisləri, tibb personalı və təchizat və texniki ekspertlərdən dəstək verməyə dəvət edilib.

Demokrat Partiyasının təqdim etdiyi layihədə iki ölkə xalqına başsağlığı və həmrəylik mesajı verilib. 1939-cu ildən bəri ən güclü zəlzələlərin Türkiyədə baş verdiyi qeydə alınıb.

“NATO müttəfiqi Türkiyəyə başsağlığı veririk”, - bəyanatda deyilir.

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin