Litva “Vaqner”lə bağlı qərar qəbul etdi

14:22 - 15 Mart 2023

Litva “Vaqner”lə bağlı qərar qəbul etdi

ABŞ-dan sonra Litva Ukraynada fəaliyyət göstərən Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətini “terror təşkilatı” kimi tanıyan qərar qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Litva Vaqnerin "təcavüzkar (Rusiya) ilə birlikdə hərbi əməliyyatlarda fəal iştirak etdiyini" bəyan edərək, Vaqnerin Ukraynada "terrorçuluğa bərabər" sayıla biləcək hərəkətlər etdiyini iddia edib. Bu çərçivədə Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin “terror təşkilatı” kimi tanındığı açıqlanıb.

Bundan əlavə, qərarda “terror təşkilatı” olaraq təyin olunan qrupun Mərkəzi Afrika Respublikası, Sudan və Mali kimi ölkələrdə də fəaliyyət göstərdiyi və ABŞ Maliyyə Nazirliyi tərəfindən “transmilli cinayət təşkilatı” kimi müəyyən edildiyi bildirilib.

Digər ölkələr də Vaqneri “terror təşkilatı” kimi tanımağa çağırılıb.

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin