Bakıda yeniyetmələr ərəb turistin başına oyun açdılar

22:22 - 9 Mart 2023

Bakıda yeniyetmələr ərəb turistin başına oyun açdılar

Bakının mərkəzində ərəb turist qarət olunub. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1983-cü il təvəllüdlü Hameed Ahmed Jalaluddin Kamar Zamanın içərisində 400 dollar və bir qədər manat olan pul kisəsi oğurlanıb.

Turist bu barədə polisə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlər müəyyən ediliblər.

Məlum olub ki, onlar yeniyetmələr – 12 yaşlı Ramazan Bəkirov, 12 yaşlı Səlcan İmranova və 10 yaşlı Zeynəb Mukavadzedir.

Hər üç yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin