BBC-nin Hindistan ofisində yoxlama - Vergidən yayınmaqda ittiham edilir

21:23 - 17 Fevral 2023

BBC-nin Hindistan ofisində yoxlama - Vergidən yayınmaqda ittiham edilir

Hindistanda baş nazir Narendra Modi ilə bağlı sənədli filmi yayımlayan BBC-nin ofislərində başladılan 3 günlük vergi yoxlaması başa çatıb.

 

Manset.az xəbər verir ki, Hindistanın Maliyyə Nazirliyi BBC-ni vergidən yayınmaqda ittiham edərək, Britaniyanın BBC telekanalının ölkədəki ofislərindən əldə etdiyi gəlir və gəlirləri şəffaf şəkildə təqdim etmədiyini iddia edib.

Hindistan Gəlir Vergisi Departamentindən verilən açıqlamada BBC-yə bağlı xaricdəki təşkilatların Hindistana etdiyi bəzi pul köçürmələrinin gəlir kimi göstərilmədiyi və bu pul köçürmələri üzrə vergilərin ödənilmədiyinə dair çoxlu dəlillərin ələ keçirildiyi ifadə edilib.

Açıqlamada, yoxlamalarda aşkar edilən uyğunsuzluq sənədlərinə əlavə olaraq işçilərin ifadələrindən, rəqəmsal və daha sonra ətraflı şəkildə araşdırılacaq sənədlərdən “vacib dəlillər” toplandığı bildirilib.

Qeyd edək ki,fevralın 14-də BBC-nin Hindistandakı ofislərində vergi yoxlamaları başlayıb.

Hindistan BBC-nin hazırladığı və ötən ay yayımlanan “Hindistan: Modi Problemi” sənədli filminin yayımını və sənədli filmdən hissələrin sosial mediada paylaşılmasını qadağan edib.

Müxaliflər qadağanı “mətbuat azadlığına hücum” kimi qiymətləndirsələr də,  Hindistan Xarici İşlər Nazirliyi sənədli filmin “məqsədli təbliğat materialı” olduğunu iddia etsə də, BBC sənədli filmin “diqqətlə araşdırıldığını və fərqli fikirləri əks etdirdiyini” bildirib.

BBC sənədli filmin çəkilişi zamanı Hindistan hökumətinə verilən cavab hüququnun rədd edildiyini bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin