Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

17:44 - 6 Fevral 2023

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

Türkiyədə Təxminən 3000 üzvü olan Birləşmiş Taksi Sürücüləri Dərnəyinə (BTD) bağlı taksiçilər zəlzələdən ziyan görmüş bölgələrdə vətəndaşlara pulsuz xidmət göstərməyə başlayıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, kampaniya çərçivəsində “WhatsApp” tətbiqi vasitəsilə dərnəyin telefon nömrəsinə yerləşdiyi yer barədə məlumat göndərən vətəndaşların zəlzələ yardımları evlərindən və iş yerlərindən pulsuz götürülərək aidiyyəti qurumlara çatdırılacaq.

BTD-nin sədri Hüseyn Duman açıqlamasında zəlzələ bölgəsində olanlara keçmiş olsun diləyini çatdırıb, ölənlərin ailələrinə başsağlığı verib.

Duman bildirib ki, "0535 623 80 12" telefon nömrəsinə vatsap tətbiqi vasitəsilə yer məlumatlarını göndərənlərin köməyini təhvil alan taksi sürücüləri onları müvafiq mərkəzlərə çatdıracaqlar.

Yardım etmək istəyən vətəndaşların yüklərinin daşınması üçün heç bir ödəniş olunmayacaq. Kampaniya 10 gün müddətində davam edəcək. 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin