İranda erməni icmasının qadınları Anna Akopyanla görüşü rədd etdilər - FOTO

18:24 - 24 Yanvar 2023

İranda erməni icmasının qadınları Anna Akopyanla görüşü rədd etdilər - FOTO

İranda erməni icmasının qadınları Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyanla görüşmək istəməyiblər.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, jurnalist Nairi Oxikyan Anna Akopyanın alçaldıldığını yazıb.

O, İranın paytaxtında keçirilən “Nüfuzlu qadınlar” forumunda iştirak edərkən xoşagəlməz reallıqla üzləşib.

Məlum olduğu kimi, Anna Akopyan erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb. İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadını” görmək istəməyiblər, hesab ediblər ki, satqınlarla danışacaq heç bir şey yoxdur.

“Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb. Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır. Onların hamısı öz növbəsində bütün ermənilər tərəfindən rədd ediləcək”, - deyə Oxikyan yazıb.

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin