“Orta aylıq əmək haqqı 900 manata çatacaq”

11:22 - 23 Yanvar 2023

“Orta aylıq əmək haqqı 900 manata çatacaq”

“İlin sonuna orta aylıq əmək haqqı 900 manata yüksələcək və bu, ötən ildən 100 manat çox olacaq”. 

 

Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, pensiyanın minimum məbləği 240 manatdan 280 manata çatdırılacaq və bu, 100 mindən çox pensiyaçını əhatə edəcək: “Eləcə də bütün pensiyaçıların pensiyaları 15 faiz artırılacaq”.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin