Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
23:47 - 21 Yanvar 2023
Türkiyə xüsusi xidmət orqanları İŞİD terror təşkilatının liderlərindən birini saxlayıb.
Manset.az xəbər verir ki, bu barədə “Anadolu” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb
Bildirilib ki, əməliyyat ölkənin cənub-şərqindəki Qaziantep şəhərində keçirilib.
Agentliyin məlumatına görə, saxlanılan şəxs Suriyanın şimalındakı Rakka şəhərində “İŞİD təhlükəsizlik xidməti”nə rəhbərlik edib, o, özünü həm də “Nineviya qubernatoru” (İraqın şimalındakı rayon) adlandırıb. Saxlanılan şəxsin milliyyəti barədə məlumat verilmir.
Məhkəmənin qərarı ilə o, həbs edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin