Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
11:58 - 20 Yanvar 2023
Konqo Demokratik Respublikasının şimal-qərbindəki Lulonqa çayında içində çox sayda insan olan qayıq batıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qayığın batdığı qəsəbədəki vətəndaş cəmiyyəti qruplarının rəhbəri KDR-dən qonşu Konqo Respublikasına gedən qayığın mal və heyvan daşıdığını və həddindən artıq yük səbəbiylə batdığını bildirib.
Ən azı 145 nəfərin itkin düşdüyü və bölgə əhalisinin başqa nəqliyyat vasitələri olmadığı üçün bu qayıqlardan istifadə etməli olduqları açıqlanıb.
Qayıqda neçə nəfərin olduğu dəqiq bilinməsə də, indiyədək təxminən 55 nəfər xilas edilib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin