Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
11:07 - 20 Yanvar 2023
Ötən il Braziliyada Amazon meşələrində 3 min futbol meydançası böyüklüyündə ərazi meşəsizləşib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amazon İnsan və Ətraf Mühit İnstitutundan verilən açıqlamada Amazonda meşələrin qırılmasının 2022-ci ildə daha da artdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, ötən il təxminən 3 min futbol meydançası olan meşə sahəsində ağaclar kəsilərək məhv edilib.
Yer kürəsinin oksigeninin 20 faizini təmin edən “Yerin ağciyərləri” adlanan Amazon yağış meşəsi ildə 1 milyard tondan çox atmosfer karbonunun buraxılmasının qarşısını alır.
Dünyadakı heyvan və bitki növlərinin 10 faizinə ev sahibliyi edən Amazonlarda eyni zamanda Cənubi Amerikanın səkkiz fərqli ölkəsində 400-dən çox yerli qəbilələr yaşayır.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin