Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
20:04 - 18 Yanvar 2023
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Manset.az xəbər verir ki, iki təminat avtomobilinin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 38 gündür davam edir.(trend)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin