Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
13:24 - 18 Yanvar 2023
Avropa İttifaqı Komissiyasının ədalətdən məsul üzvü Reynders Aİ-nin İranda insan haqları pozuntularına qarşı yeni sanksiyaları nəzərdən keçirdiyini, o cümlədən İnqilab Keşikçiləri Ordusunun hədəf alındığını və bütün variantların müzakirə edildiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Reynders bəyan edib ki, Aİ keçmiş müdafiə nazirinin müavini, ikili İran-Britaniya vətəndaşı Əli Rza Əkbərinin Böyük Britaniya adına casusluq ittihamı ilə edam edilməsini bir daha pisləyib: “İrandakı daxili vəziyyət böyük narahatlıq doğurmaqda davam edir. Sizi əmin edə bilərəm ki, Aİ-nin İrandakı hadisələrə cavab verməsi üçün bütün variantlar masadadır”.
Avropa Şurasının İran İnqilab Keşikçiləri Ordusunu hədəf almaq da daxil olmaqla yeni məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirdiyini bildirən Reynders, həmçinin bütün kommunikasiya kanalları ilə İran hakimiyyəti ilə dialoq qurmağa davam etdiklərini və İranda saxlanılan Aİ vətəndaşlarına dəstək verməyə davam edəcəklərini vurğulayıb.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin