ETSN-də növbəti dəfə könüllü qanvermə aksiyası keçirildi - FOTOLAR

16:15 - 13 Yanvar 2023

ETSN-də növbəti dəfə könüllü qanvermə aksiyası keçirildi - FOTOLAR

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.

 

Manset.az xəbər verir ki, aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Nazirliyin 200 -dən artıq əməkdaşı qoşulub.

ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin