Talibanın Daxili İşlər Nazirliyində PARTLAYIŞ

17:10 - 5 Oktyabr 2022

Talibanın Daxili İşlər Nazirliyində PARTLAYIŞ

Əfqanıstanın paytaxtı Kabildə Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin şəhərciyində yerləşən məsciddə günorta namazı vaxtı güclü partlayış baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur mətbuata açıqlamasında partlayışı təsdiqləyib.

Ölən və yaralananların sayı ilə bağlı açıqlama verməyən Takur hadisənin araşdırıldığını bildirib.

Təhlükəsizlik tədbirləri görən Taliban qüvvələri tərəfindən Daxili İşlər Nazirliyinin girişləri bağlanıb, mətbuat nümayəndələrinə şəkil çəkməyə icazə verilməyib.

 

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin