Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi - FOTO
3 May 2024
01:14 - 25 Sentyabr 2022
Belarus ərazisindən Ukraynanın vurulma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.
Manset.az bildirir ki, “Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makey mövzu ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
“Bir daha təkrar edirəm biz mümkün qədər münaqişənin tez bitməsində maraqlıyıq. Biz Ukraynaya zərbə endirmək fikrində deyilik”, - deyə Makey bildirib.
Diplomat bildirib ki, 90-cı illərdə Belarus ərazisindən nüvə silahları çıxarılıb və bunu edən ilk ölkə olub.
“Biz nüvə silahından istifadənin tamamilə əleyhinəyik. Ona görə ki, bu insanlığın məhvinə səbəb olacaq”, - deyə Belarus XİN başçısı əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin