Modelliyə ara verən Bella Hadid: “İlk dəfədi saxta üz taxmıram”

16:18 - 2 May 2024

Modelliyə ara verən Bella Hadid: “İlk dəfədi saxta üz taxmıram”

Uzun illərdir mübarizə apardığı Lyme xəstəliyinin təkrarlanması ilə tənha yaşamağa üstünlük verən məşhur model Bella Hadid modelliyə ara vermək qərarından danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, podiumlardan uzaq qalan model "Allure" jurnalına diqqət çəkən açıqlamalar verib.

Hadid açıqlamasında, "10 yıl modellik etdikdən sonra, karyerama o qədər çox enerji, sevgi ve səy sərf etdiyimi və uzun müddətdə heç bir fayda görmədiyimi anladım” deyib.

Sevgilisi Adan Banuelos ilə daha sakit həyat yaşamaq istəyən model bunları deyib:

“İlk dəfədi saxta üz taxmıram. Özümü yaxşı hiss etmirəmsə, çölə çıxmıram. Özümü yaxşı hiss etmirəmsə, özümə vaxt ayırıram. Və əvvəllər bunu etmək və ya demək imkanım olmayıb”. 

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin