Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi - FOTO

00:00 - 3 May 2024

Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb

 

Manset.az  xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi "X" hesabında məlumat yayıb.

"COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - diplomat vurğulayıb.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin