Tramp tələbələrə hücumu təriflədi: “İzləmək xoş idi”

17:33 - 2 May 2024

Tramp tələbələrə hücumu təriflədi: “İzləmək xoş idi”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kolumbiya Universitetində Fələstinə dəstək nümayişlərinə polisin müdaxiləsini yüksək qiymətləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tramp Kolumbiya Universitetindəki nümayişlər səbəbilə Nyu-Yorkun mühasirəyə alındığını iddia edib.

O, “İzləmək xoş idi. Nyu Yorkun ən yaxşılarından idi” deyib.    

Tramp açıqlamasında, "(Polislər) içəri girdi, buna son qoydular və inanılmaz idilər. Əla iş gördülər. Möhtəşəm polislərimizə öz güclərini geri verəcəyik” ifadələrindən istifadə edib.

Kolumbiya Universitetinin prezidenti Minouche Şafikin polisə gec xəbər verdiyini deyən Tramp, Şafikin “zəif və qorxaq” olduğunu iddia edib.

Qeyd edək ki, ABŞ-ın bir çox böyük universitetlərində Fələstinə dəstək üçün tələbə etirazları hələ də davam edir. Washington Post qeydlərinə görə, polis son iki həftə ərzində bəzi müəllimlər də daxil olmaqla 1300-dən çox tələbəni saxlayıb.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin