İrandakı səfirliyimizin yeri dəyişdirildi - Rəsmi
17 May 2024
09:07 - 2 May 2024
Bakıda qarajda yanğın olub, ölən var.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli beş otaq və qarajdan ibarət evin birinci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və ikinci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin