ABŞ bu şirkətlərə yeni sanksiyalar tətbiq etdi

15:01 - 2 May 2024

ABŞ bu şirkətlərə yeni sanksiyalar tətbiq etdi

ABŞ Türkiyə, Belçika və Çindəki bəzi şirkətlər də daxil olmaqla yeni Rusiya sanksiyalarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib.

ABŞ Maliyyə Departamentindən verilən açıqlamaya görə, yeni sanksiyalar Rusiyanın müdafiə sənayesini, habelə kimyəvi və bioloji silah proqramları və Rusiyanın müdafiə sənayesi üçün mühüm materiallar təmin edən üçüncü ölkələrdəki şirkət və şəxsləri hədəf alıb.

Yeni sanksiyalarla ümumilikdə 300-ə yaxın şirkət, fərd və qurum hədəf alınıb.

Onlardan 60-a yaxını Azərbaycan, Çin, Belçika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyada yerləşir.

Maliyyə Nazirliyinin açıqlamasında bu ölkələrdəki bəzi şirkətlər “Rusiyanı təcili ehtiyac duyduğu texnologiya və avadanlıqla təmin etməkdə” ittiham olunur.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin