Dənizdə dalğanın hündürlüyü 2.4 metr oldu - FAKTİKİ HAVA

17:28 - 2 May 2024

Dənizdə dalğanın hündürlüyü 2.4 metr oldu - FAKTİKİ HAVA

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrdir.

Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək isti olub.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin