Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı
17 May 2024
11:22 - 2 May 2024
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.
Bu barədə Manset.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, bu vəzifəyə Hicran Əyyubova təyin edilib.
Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin