Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı
17 May 2024
11:41 - 2 May 2024
Türkiyədə Şanlıurfanın Akçakale, Ceylanpınar, Eyyübiye, Haliliye, Harran, Siverek və Viranşehir rayonlarında pilotsuz təyyarələrlə aparılan axtarışlar zamanı torpağa basdırılmış 351 ədəd qeydiyyatı olmayan transformator aşkar edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 100 min əhalisi olan bir rayona yetəcək qədər gücə malik transformatorlar vasitəsilə istifadə edilən qeyri-qanuni elektrik enerjisinin dəyərinin ildə 200 milyon lirədən çox ( təxminən 10 milyon 504 min manat) olduğu diqqətə çatdırılıb.
Verilən açıqlamaya görə, sahə işləri ilə yanaşı texnologiyadan istifadə edərək qanunsuzluqlarla mübarizəni effektiv şəkildə davam etdirən paylama şirkəti jandarma qüvvələrinin dəstəyi ilə Şanlıurfanın Akçakale, Ceylanpınar, Eyyübiye, Haliliye, Harran, Siverek və Viranşehir bölgələrində dronlarla rutin nəzarət həyata keçirib. Yoxlamalar zamanı ən azı 100 min əhalisi olan rayon üçün kifayət qədər gücü təxminən 53 min 500 KVA olan 351 ədəd qeydiyyatsız elektrik transformatoru aşkar edilib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin