Bakının bu ərazisi plana düşdü: Söküləcək
27 Aprel 2024
20:51 - 5 Avqust 2022
ABŞ-da Ağ Ev ilə üzbəüz yerləşən “Lafayette Park” ərazisində ildırım çaxması ölümlə nəticələnib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, iki nəfər - Viskonsin ştatından olan yaşlı cütlük aldığı xəsarətlərdən ölüb.
Yaralanan digər iki qurbanın vəziyyəti barədə isə hələlik məlumat verilmir.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer hadisə ilə bağlı açıqlama verib:
““Lafayette Park”da baş verən insan itkisinə görə kədərlənirik. Yaxınlarını itirən ailələrlə birlikdə yas tutur, həyat uğrunda mübarizəyə davam edənlər üçün dua edirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin