Nazir həbs olunan müdirin yerinə onu təyin etdi
27 Aprel 2024
20:13 - 17 May 2022
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan Ukraynaya göndərilən nümayəndə heyətinin Ukraynada törədilmiş mümkün “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətləri” araşdıracağını bildirib.
Manşet.az xəbər verir ki, ICC-nin hərəkətə keçərək qanunu işlək hala gətirməyə çalışdığını ifadə edən Xan, "Biz ədaləti təmin edərək sağ qalanların ağrılarını azaltmağı hədəfləyirik" deyib.
Xan, 42 nəfərdən ibarət ekspert komitəsinin ICC-nin indiyə qədər bir ölkəyə göndərdiyi ən böyük tədqiqat qrupu olduğuna diqqət çəkib.
Nümayəndə heyətinə 21 ölkənin kadr və 20 maliyyə töhfəsi verdiyini qeyd edən Xan, komandaya ən çox ekspert dəstəyi verən Hollandiyaya da təşəkkür edib.
Xan bildirib ki, ekspert komitəsi Ukraynanın yerli hakimiyyət orqanları ilə əməkdaşlığı gücləndirərək, araşdırmanın miqyasının müəyyənləşdirilməsində və sübutların toplanmasında mühüm rol oynayacaq.
Xan, ICC tərəfindən aparılan müstəqil istintaqın davamı üçün cinayət tapıntılarının və məhkəmə-tibbi sübutların regionun digər ölkələrindən olan ekspert qrupları ilə birlikdə qorunacağını vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin