Neymar “Barselona”ya qayıtmaq istəyir

18:19 - 29 Mart 2024

Neymar “Barselona”ya qayıtmaq istəyir

“Əl-Hilal”ın hücumçusu Neymar “Barselona”ya qayıtmaq istəyir.

 

Manset.az  sport.es-ə istinadən xəbər verir ki, futbolçu  sağaldıqdan sonra keçmiş komandasına qayıtmağı düşünür.

Ancaq klublar müqavilə üçün hələki danışıqlara başlamayıb. 

Qeyd edək ki, brazilyalı futbolçu 2013-2017-ci illərdə “Barselona"da çıxış edib. 

Neymar “Əl-Hilal”ın heyətində iştirak etdiyi 5 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin