Məşhur futbolçu "Beşiktaş"da təqaüdə çıxmaq arzusundadır

17:28 - 29 Mart 2024

Məşhur futbolçu

"Beşiktaş"ın keçmiş ulduz futbolçusu Rikardo Kuarejma "Canal 11"ə verdiyi müsahibədə təqaüdə çıxması ilə bağlı maraqlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hazırda klubsuz olan portuqaliyalı futbolçu açıqlamasında karyerasını özünü xoşbəxt hiss etdiyi klubda başa vurmaq istədiyini bildirib.

Kuarejma "Karyeramı özümü xoşbəxt hiss etdiyim "Porto", "Beşiktaş" və ya "Sportinq"də başa vurmaq istərdim. Hazırda "Porto" və "Sportinq" üçün bu mümkün görünməsə də. bəlkə bu fürsəti Beşiktaşda tapa bilərəm” deytib.

Beşiktaş karyerasında 227 matça çıxan Kuarejma 38 qol vurub, 77 məhsuldar ötürmə edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin