Rusiya Ukraynanın ən böyük özəl elektrik şirkətinə hücum etdi

11:31 - 29 Mart 2024

Rusiya Ukraynanın ən böyük özəl elektrik şirkətinə hücum etdi

Rusiya Ukraynanın ən böyük özəl elektrik şirkəti olan DTEK-ə məxsus 3 istilik elektrik stansiyasına hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumdan sonra şirkət açıqlama verərək, elektrik stansiyalarında işləyən avadanlıqların ciddi şəkildə zədələndiyini açıqlayıb.

Şirkət sosial mediada yayımlanan açıqlamada, "Avadanlıqlarımız ciddi zədələndi. Hücum bitdikdən sonra energetiklərimiz dərhal zədələri aradan qaldırmağa başladılar" deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin