Məşhur şirkət 1200 nəfəri işdən çıxarır

21:42 - 25 Mart 2024

Məşhur şirkət 1200 nəfəri işdən çıxarır

Martın 25-də İsveçin "Ericsson" telekommunikasiya şirkəti 1200 əməkdaşını ixtisar etmək niyyətindədir.

 

Manset.az  xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Şirkət istehsal və idarəetmə proseslərinin optimallaşdırılması və bəzi bina və xidmətlərin ləğvi də daxil olmaqla xərclərin azaldılması üçün tədbirlər görmək niyyətindədir. "Ericsson" xərclərə qənaət tədbirlərinə ehtiyacı telekommunikasiya bazarındakı çətin şəraitlə əlaqələndirir.

2023-cü ilin sonuna olan məlumata görə, "Ericsson"un təxminən 100 min işçisi olub. İşçilərin 14 mini İsveçdə olub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin