Tanınmış Əməkdar jurnalist vəfat etdi - FOTO
29 Aprel 2024
18:46 - 25 Mart 2024
Avropa Komissiyası (AK) Avropa İttifaqının rəqəmsal bazarlar qanununun pozulması iddiası ilə “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Avropa Komissiyası rəqəmsal bazarlar qanunvericiliyi çərçivəsində qanunlara riayət edilməməsi ilə bağlı araşdırmaya başlayıb. Bu, “Google Play”də idarəetmə üçün “Alphabet” qaydalarına, “App Store”da idarəetmə üzrə “Apple” qaydalarına, eləcə də, bəzi “Meta” qaydalarına aiddir”, - deyə məlumatda qeyd olunub.
Avropa Komissiyası araşdırmanı 12 ay ərzində başa çatdırmaq niyyətindədir. Pozuntu aşkar olunarsa, AK hər bir şirkətə ümumi qlobal dövriyyələrinin 10%-nə qədər cərimə tətbiq edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin