Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir - Nazir

22:20 - 20 Mart 2024

Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir - Nazir

Avropa İttifaqına (Aİ) üzvlük məsələsi Türkiyə üçün strateji hədəf olaraq qalmaqdadır. Türkiyənin Aİ-yə üzvlük prosesi bəzi ölkələrin səmərəsiz siyasi gündəmlərinə buraxılmayacaq qədər əhəmiyyətlidir.

 

Manset.az  xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada səfərdə olan İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşündən sonra mətbuata açıqlamasında deyib.

Aİ qurumları ilə Türkiyə arasında münasibətlərin uğurla davam etdiriləcəyinə əminliyini vurğulayan H.Fidan qeyd edib ki, üzvlük perspektivi dəyişməyib və Türkiyə Avropa İttifaqından niyyət bəyanatı gözləyir.

Xarici işlər nazirlərinin görüşündə təhlükəsizlik sahəsində atılacaq addımlar, NATO çərçivəsində əməkdaşlığın perspektivləri, Türkiyə ilə İspaniyanın müttəfiq ölkələr olaraq müdafiə sənayesi sahəsində birgə layihələri, İsrail-Fələstin qarşıdurmasının həlli və digər məsələlər müzakirə edilib.

İspaniyalı nazir İsrail-Fələstin münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində Türkiyənin irəli sürdüyü sülh konfransını ölkəsinin dəstəklədiyini bildirib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin