“Trabzonspor”-”Fənərbaxça” matçı sonrası futbolçulara hücum edən 12 nəfər saxlanıldı

13:03 - 18 Mart 2024

“Trabzonspor”-”Fənərbaxça” matçı sonrası futbolçulara hücum edən 12 nəfər saxlanıldı

Dünən axşam keçirilən “Trabzonspor”-”Fənərbaxça” matçından sonra meydançada yaşanan qalmaqalda iştirak edənlərdən 12 nəfər saxlanılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya açıqlama verib.

Açıqlamada "İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə və inzibati proses başlanılıb. Hadisələrlə bağlı araşdırma və istintaq davam edir" ifadəsi işlədilib.

Qeyd edək ki, dünən "Fənərbaxça"nın 3-2 qalib gəldiyi matçdan sonra meydana daxil olan "Trabzonspor" azarkeşləri sevinən "Fənərbaxça"lı futbolçulara hücum edib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin