“Qarabağ”ın futbolçuları Monteneqro millisinə dəvət aldı

23:00 - 8 Mart 2024

“Qarabağ”ın futbolçuları Monteneqro millisinə dəvət aldı

“Qarabağ”ın futbolçuları Marko Vesoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

 

Manset.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onlar millinin baş məşqçisi Robert Prosineçkinin 25 futbolçudan ibarət genişləndirilmiş siyahısına daxil ediliblər.
Hər iki futbolçu Antalyadakı toplanışda iştirak edəcək və Belarus (21 mart) və Şimali Makedoniya (25 mart) ilə yoldaşlıq görüşlərində oynayacaqlar. ///Bizim.media


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin