Kazımovanın hesabını ələ keçirənlər 10.000 avro tələb edir - FOTO

21:14 - 17 Yanvar 2024

Kazımovanın hesabını ələ keçirənlər 10.000 avro tələb edir - FOTO

Xəbər verdiyimiz kimi Xalq artisti Aygün Kazımovanın "instagram" hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.
 

Manset.az AZXEBER.COM-a istinadən xəbər verir ki, hesabı ələ keçirən şəxs bu gün Azərbaycan dilində paylaşım edərək xalq artistini hədələyib.
 
O, Kazımovadan 10.000 avro pul tələb edir:

 "Aygün Kazımova. Əgər məni görürsənsə, 10.000 avro dəyərində bitkoin göndərmək üçün mənə teleqramda yaz, profilinə qovuş. Yoxsa onu ruslara satacağam"- paylaşımda deyilir.



Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin