"O şirvan məni haralara qaldırdı" - VİDEO

23:20 - 11 Yanvar 2024

“Aktyorluq arzusu ilə yaşayarkən başqa yerlərdə işləyib pul qazanmışam”.

 

Manset.az  xəbər verir ki, bunu "Baku" TV-nin “Qapqara” verilişində aktyor Nicat Rəhimov deyib.

O, canlandırdığı “Kloun” obrazından danışərkən özünün çətinliklə pul qazandığı dövrü xatırlayıb:

“İlk işim qab daşımaq olub. Bir az təcrübəm olandan sonra ofisiantlığa başlayacaqdım. Yorğunluqdan çox pis vəziyyətə düşmüşdüm. Bir şirvan (iki manat) pul aldım. Evə gələndə anam qarşıladı. Pulu anama verib dedim ki, oğlunun birinci maaşıdır”.

Aktyor “Şirin obrazı” ilə yaddaşlarda qaldığı “Bozbash Pictures” layihəsinin uğurundan da bəhs edib:

“Biz birlikdə daha yaxşı idik. Bu altılıq ölkədə inqilab etdi. Biz rayonlara çəkilişə gedəndə yollar bağlanırdı, hamı ətrafımıza toplaşırdı. Bu, bizim uğurumuz idi”

Ətraflı süjetdə:


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin