"Qarabağ"ın legioneri millidə zədələndi

21:07 - 9 Yanvar 2024

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

 

Manset.az  xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyası məlumat yayıb.

Belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.

Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək. Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.

Əlavə edək ki, Kabo-Verde millisi Məhəmməd Salahın kapitanı olduğu Misir, eləcə də Qana və Mozambiklə eyni qrupda yer alıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin