Hava kəskin dəyişir: Qar yağacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024
20:30 - 9 Yanvar 2024
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kənd sakini atasından qalan “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı isə rayon sakinindən qanunsuz saxladığı 1 odlu silah götürülüb, daha bir nəfər isə müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin