Elza Seyidcahan Flora Kərimova ilə dava edib efiri tərk etdi - VİDEO

15:42 - 9 Yanvar 2024

Elza Seyidcahan Flora Kərimova ilə dava edib efiri tərk etdi - VİDEO

"Elgizlə izlə" verlişində məşhurlar arasında gərginlik yaşanıb.

 

Manset.az xəbər verir ki, proqramda iştirak edən Xalq artisti Flora Kərimova Əməkdar artist Elza Seyidcahanın geyiminə irad bildirib.

O Seyidcahanın Əməkdar artist Aygün Bəylərin vida mərasiminə şlyapa ilə getməsini normal qarşılamayıb.

Elzanın geyiminin yas mərasiminə uyğun olmadığını deyib.

Elza isə buna səssiz qalmayıb. O Flora Kərimovaya onun geyiminə müdaxilə etməməyi tapşırıb. Daha sonra əlindəki mikrafonu yerə çırparaq canlı efiri tərk edib.

Məşhurların sözügedən qalmaqalının görüntülərini təqdim edirik:


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin