AZAL-ın təyyarəsinə dəyən zərərə görə 431 min ödənildi

18:53 - 29 Dekabr 2023

AZAL-ın təyyarəsinə dəyən zərərə görə 431 min ödənildi

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.

 

Manset.az  report-a istinadən məlumatına görə, ödəniş Azərbaycan Hava Yolları QSC-yə (AZAL) ödənilib.

Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin