İcbari sığortaya dair qərarlarda dəyişiklik edildi

18:52 - 22 Dekabr 2023

İcbari sığortaya dair qərarlarda dəyişiklik edildi

“İcbari sığortalar haqqında” Qanunda edilmiş dəyişikliklə əlaqədar bəzi qərarlarda dəyişiklik edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə standart sığorta müqaviləsi üzrə, eləcə də ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Daxili İşlər Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.

Bundan başqa, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya münasibətdə “İcbari sığortalar haqqında” qanunla müəyyən edilmiş məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Qanunda nəzərdə tutulmuş informasiya sistemindən əldə edəcək.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin